Marqaret Etvudun kitabı niyə qadağan olundu?

Kanadalı yazıçı Marqaret Etvud Alberta vilayətindəki məktəb kitabxanalarında seksual məzmunlu əsərlərin yığışdırılması qərarına satirik hekayə ilə cavab verib.

Daha.az xəbər verir ki, Alberta Təhsil Nazirliyinin yeni qaydaları çərçivəsində Etvudun məşhur “The Handmaid’s Tale” (“Damazlıq qızın əhvalatı”) əsəri bəzi məktəb  kitabxanalarından yığışdırılıb.

Yazıçı isə yeniyetmə oxucular üçün yazdığı satirik hekayədə nümunəvi iki obraz yaradaraq sözügedən qərarı lağa qoyub:

“Böyüdülər, evləndilər və sekslə məşğul olmadan beş gözəl övlad sahibi oldular.”

Etvud həmçinin bu qərarı dəstəkləyən Alberta Baş naziri Daniel Smiti də “The Handmaid’s Tale” əsərindəki avtoritar qadın obrazına bənzədib.

Baş nazir isə məsələ ilə bağlı bildirib ki, birbaşa Etvudun əsəri hədəf alınmayıb, qadağalar bütün “açıq-aşkar seksual məzmun” daşıyan əsərlərə tətbiq olunur.

Etvud nazirin açıqlamasından sonra sosial şəbəkə hesabında “Təcili bir nüsxə əldə edin, yoxsa yaxın vaxtlarda onu ictimai yerdə yandırmağa başlayacaqlar.” – yazıb.

Qeyd edək ki, layihə çərçivəsində kitabxanalardan 200-dən çox kitab çıxarılıb.

OXŞAR XƏBƏRLƏR