Gürcüstanın Marneuli şəhərində Azərbaycan xalçalarının sərgisi açılıb.
Daha.az xəbər verir ki, Marneuli İctimai Kitabxanasının həyətində açılan sərgidə Azərbaycanın Qarabağ, Şirvan, Şamaxı, Quba, Gürcüstanın Qarayazı, Borçalı və digər bölgələrinə aid xalçalar, eləcə də müxtəlif əl işləri nümayiş etdirilib.
Bura gələn yerli sakinlərə, eləcə də şəhərin qonaqlarına qədim Azərbaycanın mədəniyyəti, xalçaçılıq, misgərlik və digər əl işləri barədə məlumat verilib.
Qeyd edək ki, Marneuli Mədəniyyət Mərkəzində Xalçaçılıq Sənəti Dərnəyi fəaliyyət göstərir. Burada pulsuz xalçaçılıq kursları da təşkil olunub. Maraqlanan şəxsləri xalçaçılıq sənənitinin sirləri, təbii rənglərin hazırlanması, xalçanın kəsilməsi və s. proseslər barədə məlumatlar verilir.




