“Mark Avreli” 65 ildən sonra vətəninə qayıdır

1960-cı illərdə Türkiyənin Burdur vilayətində yerləşən Boubon antik şəhərindən qanunsuz qazıntılarla xaricə aparılan Roma imperatoru Mark Avreliyə aid bürünc heykəl yaxın günlərdə ABŞ-dan Türkiyəyə gətiriləcək.

Daha.az xəbər verir ki, miladdan sonra II–III əsrlərə aid edilən və imperator Mark Avrelinin filosof kimi təsvir olunduğu bu qiymətli bürünc heykəl bir müddət əvvəl ABŞ-da yerləşən Klivlend İncəsənət Muzeyinin kolleksiyasına daxil edilmişdi.

ABŞ-dakı prosedurların tamamlanmasının ardından Mark Avreliyə aid heykəlin 65 ildən sonra Türkiyəyə qayıdacağı gözlənilir. Heykəl Türk Hava Yollarının xüsusi reysi ilə bir neçə gün ərzində Ankaraya gətiriləcək.

Mark Avreliyə məxsus bürünc heykəlin geri qaytarılması Türkiyənin mədəni irsin qorunması və tarixi əsər qaçaqmalçılığı ilə mübarizəsində əldə etdiyi ən önəmli uğurlardan biri kimi dəyərləndirilir.

OXŞAR XƏBƏRLƏR