Milli mətbuatımızın 150 illiyinə həsr olunmuş “MətbuArt” beynəlxalq incəsənət simpoziumu sərgi ilə yekunlaşıb.
Daha.az xəbər verir ki, tədbirdə çıxış edən “Azərbaycan” nəşriyyatının baş direktoru Leyla Güləliyeva simpoziumun “Söz. Çap. Forma – birləşən dünyalar” şüarına əsasən reallaşdığını diqqətə çatdırıb.
Direktorun sözlərinə görə, layihənin əsas məqsədi Azərbaycan mətbuatının tarixi inkişaf yoluna diqqət yönəltmək və onunla sıx bağlı olan “Azərbaycan” nəşriyyatının bir əsrdən artıq tarixini incəsənət dili ilə təqdim etməkdir.
“Simpoziumda 17 azərbaycanlı və 17 xarici rəssam, fotoqraf və heykəltaraş iştirak edir. Xarici iştirakçılar arasında ABŞ, Cənubi Koreya, İspaniya, İtaliya, Macarıstan, Meksika, Mərakeş, Misir, Niderland, Norveç, Portuqaliya, Səudiyyə Ərəbistanı, Tailand və Türkiyəni təmsil edən sənət ustaları yer alır.
Qeyd edək ki, sərgi sentyabrın əvvəlinə qədər davam edəcək.