Ulduzların kitab klubları – SİYAHI

Sosial media və müasir texnologiyalar ənənəvi kitab oxuma vərdişinə meydan oxusa da, son dövrlərdə sevilən məşhurların yaratdığı klublar oxu vərdişini diri tutmaq üçün uğurlu cəhd hesab edilir. Bu klublar fərqli ölkələrdən oxucuları bir araya gətirir, ədəbi müzakirələr üçün rahat və əlçatan mühit təklif edir. Tanınmış simalar öz nüfuzlarından istifadə edərək həm auditoriyanın qiraət təcrübəsinə töhfə verir, həm də kitab sənayesini dəstəkləyir.

Daha.az ən məşhur kitab klublarını təqdim edir.

“Reese’s Book Club”
Aktrisa Riz Uizerspunun klubu, əsasən, qadın mərkəzli hekayələrə fokuslanır və öz nüfuzu ilə seçilir.

“TeaTime Book Club”
Gənc aktrisa Dakota Consonun klubu qaranlıq və qəribə hekayəsi olan kitablara fokuslanır və hər ay oxuculara unikal əsərlər tövsiyə edir.

“Library Science”
Model Kaya Gerber bu klubun əsasını COVID-19 pandemiyası dövründə qoyub. Klubun rəsmi İnstagram səhifəsi və veb-saytı vasitəsilə yeni adlar və tərcümə əsərləri təbliğ edilir.

“Service95 Book Club”
Müğənni Dua Lipa bu klub çərçivəsində təkcə kitablar tövsiyə etmir, həm də yutub kanalında müəlliflərlə müsahibələrə yer verir.

“Natalie’s Book Club”
Natali Portman tövsiyə etdiyi kitabların bir çox sahələrə toxunmasına, dəyərli mesajlar ötürməsinə diqqət yetirir. Aktrisa kitablardan sevdiyi sitatları və müəlliflərlə eksklüziv müsahibələri paylaşmağı unutmur.

OXŞAR XƏBƏRLƏR