Məşhur rejissorun filmində aşıq havası

AKİ-nin kino zalında  Azərbaycan Animasiya Assosiasiyası və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə Berlin Beynəlxalq Film Festivalında “Gümüş Ayı” mükafatının qalibi, plastilin animasiyası üzrə tanınmış polyak və alman rejissoru İzabella Pluçinska ilə görüş keçirilib.

Daha.az xəbər verir ki, tədbirdə rejissorun dünyanın müxtəlif festivallarında uğur qazanmış filmlərinin nümayiş olunub.

İzabella Pluçinska hazırda ARKA-nın dəstəyi ilə Azərbaycan aşıq musiqisi və modern musiqinin sintezi üzərində qurulmuş animasiya filmi üzərində işlədiyini deyib.

Qeyd edək ki, Azərbaycan-Almaniya və Polşanın müştərək işi olacaq layihənin bəstəkarı Azər Hacıəsgərli, prodüseri Rəşid Ağamalıyevdir.

OXŞAR XƏBƏRLƏR