Məşhur rəssamın məhkəmə binasındakı əsəri silinib

Tanınmış küçə rəssamı Benksinin Londondakı Kral Məhkəməsinin divarında çəkdiyi yeni rəsm əsərinin silinməsinə qərar verilib.

Daha.az xəbər verir ki, rəsm əsəri bazar ertəsi aşkar edilib və dərhal ictimaiyyətin diqqətini cəlb edib. Sənətçi əsərin ona aid olduğunu İnstaqram hesabından paylaşdığı video ilə təsdiqləyib.
Rəsmi açıqlamada binanın qorunan tarixi abidə statusunda olduğu və məhz bu səbəbdən divardakı hər hansı bir əlavənin qanunsuz olduğu bildirilib.

Həmçinin, ərazinin mühafizəçilər tərəfindən qorunduğu və hadisənin cinayət faktı kimi araşdırıldığı qeyd edilib.

OXŞAR XƏBƏRLƏR