“Supermen” filmində General Zod obrazı ilə tanınan məşhur britaniyalı aktyor Terens Stamp 88 yaşında vəfat edib.
Daha.az xəbər verir ki, 1960-cı illərdə şöhrət qazanan Stampın ürəyi 17 avqust bazar günü səhər Londonda dayanıb.
Ailəsinin bəyanatında deyilir: “O, insanları uzun illər ruhlandıracaq qeyri-adi yaradıcılıq irsi qoydu.”
Sənətçinin hər hansı xəstəlikdən əziyyət çəkib-çəkmədiyi dəqiqləşdirilməyib.
1938-ci ildə Londonun İst-End bölgəsində anadan olan aktyor Paolo Pazolininin avanqard filmi “Teorema”dan tutmuş 1994-cü ildə çəkilmiş “Səhra kraliçası Priskillanın sərgüzəştləri” adlı kult filminə qədər çoxsaylı filmlərdə 100-dən artıq rol oynayıb. “Supermen” filmlərində cani roluna görə dünya şöhrəti qazanıb. “Billi Bad” (1986) filmindəki roluna görə Oskar mükafatına namizəd olub. Çoxları Stampı “Ulduz müharibələri. Epizod I” (1999) filmindəki Kansler Valorum roluna görə tanıyır.
Stamp həmçinin baş rolda aktyor Tom Kruzla birlikdə “Valkiriya əməliyyatı” (2008) filmində də çəkilib.




