Məşhur aktyor “Şərəf Mükafatı”na layiq görüləcək

Sarayevo Film Festivalının başlamasına az qaldı.
Festivalda usta aktyor Villem Defo “Sarayevonun Ürəyi Şərəf Mükafatı”na layiq görüləcək.

Daha.az xəbər verir ki, 15-22 avqust tarixləri arasındakı keçiriləcək festival Bosniya-Hersoqovinanın paytaxtı Sarayevoda baş tutacaq.

Kariyerası boyunca 150-dən artıq layihədə iştirak usta aktyor Villem Defo festivalda sənətlə bağlı düşüncələrini, təcrübəsini bölüşəcəyi seminar da verəcək.

Bu il 31-cisi təşkil edilən Sarayevo Film Festivalının direktoru Yovan Marcanoviçin sözlərinə görə,  bu mükafat Defonun haqqıdır:

“O hər dəfə kameranın qarşısına keçəndə işinin ustası olduğunu sübut edir. İstər, böyük gəlir gətirən Hollivud filmində, istər kiçik büdcəli müstəqil filmdə oynasın. Mürəkkəb, emosianal və unudulmaz obrazların öhdəsindən yüksək peşəkarlıqla gəlir.”

Qeyd edək ki, 70 yaşlı Villem Defo 4 dəfə Oskara namizəd göstərilib.

OXŞAR XƏBƏRLƏR