Məşhur aktyor nitqini və hərəkət qabiliyyətini itirib

Bryus Uillis danışmaq və hərəkət etmək qabiliyyətini tamamilə itirib.

Daha.az xəbər verir ki, döyüş filmlərinin ulduzu ağır hərəkət qüsurlarından əziyyət çəkir, artıq danışmır və oxuya bilmir.

Xatırladaq ki, 2022-ci ilin martında aktyorun qızı Rumer Uillis atasının koqnitiv funksiyalara təsir edən afaziyaya görə karyerasını bitirdiyini açıqlamışdı.

Sonradan məlum olub ki, Uillisə beynin frontal və temporal hissələrini təsir edən frontotemporal demensiya diaqnozu qoyulub.

OXŞAR XƏBƏRLƏR