Ceyn Birkinin orijinal “Hermes” çantası Parisdə 8.6 milyon avroya satılaraq auksionda satılan ən dəyərli ikinci moda məhsulu oldu.
Daha.az xəbər verir ki, auksionda bundan yüksək qiymətə satılan yeganə moda məhsulu, ötən il 30 milyon avroya satılmış “Öz ölkəsinin cadugəri” filmindəki qırmızı yaqut ayaqqabılar olub.
Qeyd edək ki, ingilis-fransız əsilli aktrisa Ceyn Birkin 14 dekabr 1946-cı ildə London şəhərində anadan olub. 17 yaşından sənətlə məşğul olan aktrisa 2023-cü ildə vəfat edib.