“Mən qadınam” müsabiqəsinin münsiflər heyəti açıqlanıb

“Mən qadınam” tammetrajlı bədii film ssenarisi müsabiqəsinin münsiflər heyəti açıqlanıb.

Daha.az xəbər verir ki, ssenari müsabiqəsini Azərbaycan Kinematoqrafçılar İttifaqı təşkil edib.

Ssenari müsabiqəsinin münsiflər heyəti Vidadi Həsənov (Münsiflər heyətinin sədri), sənətşünas Nadir Bədəlov, ssenarist Vaqif Azəryar, kinotənqidçi Sevda Sultanovadan ibarətdir.
Münsiflər heyətinin katibi Ülviyyə Əhmədova, AKİ katibliyinin nümayəndəsi Əli İsa Cabbarov.
Qeyd edək ki, müsabiqənin qaliblərinin adı bu gün açıqlanacaq.
OXŞAR XƏBƏRLƏR