Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) “Mən qadınam” adlı tammetrajlı bədii film ssenarisi üzrə elan edilmiş müsabiqənin qaliblərinin adı açıqlanacaq.
Daha.az xəbər verir ki, müsabiqəyə ümumilikdə 96 ssenari təqdim olunub və onlardan 71-i müsabiqəyə buraxılıb.
Müsabiqən qaliblərinin avqustun 2-dək elan edilməsi nəzərdə tutulub. Müsabiqədə I yerin sahibi 5 min AZN, II yerin qalibi 3 min 500 AZN, III yerin qalibi isə 2 min 500 AZN məbləğində pul mükafat və diplomla təltif olunacaq.
Azərbaycan qadınlarının cəmiyyətin bütün sahələrində – iqtisadi, hərbi, diplomatik, sosial və mədəni həyatda aktiv rolunu nəzərə alan layihə, həm qadın müəlliflərin, həm də qadın qəhrəmanların sayının kinoda artmasına təkan verməyi hədəfləyir.