Barselonada UNESCO-nun Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf üzrə Dünya Konfransının rəsmi açılış mərasimi keçirilib.
Daha.az xəbər verir ki, tədbirdə mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir.
Çıxışlarda üç gün davam edəcək konfransın əhəmiyyəti vurğulanıb, məqsədləri diqqətə çatdırılıb. Həmçinin yeni çağırışlar fonunda qarşıda duran vəzifələr, atılmalı olan addımlardan bəhs edilib.
Sonra maraqlı konsert proqramı təqdim olunub.
Qeyd edək ki, konfrans çərçivəsində sentyabrın 29-da “Mədəniyyətə əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupunun 3-cü Yüksək Səviyyəli Nazirlər Dialoqu” da təşkil olunub.
Mədəniyyət naziri Adil Kərimli görüşdə çıxış edib.




