Ən çox ziyarət olunan sərgi

Parisin Luvr Muzeyində keçirilən və modaya həsr olunmuş ilk sərgi olan “Louvre Couture” bir milyondan çox ziyarətçi cəlb edərək muzey tarixində ən çox izlənilən ikinci sərgi olub.

Daha.az xəbər verir ki, yanvar – avqust ayları ərzində açıq olan sərgini ümumilikdə 1 milyon 59 min nəfər ziyarət edib. Bu, 2019–2020-ci illərdə keçirilmiş Leonardo da Vinçi sərgisindən (1 milyon 72 min ziyarətçi) sonra ən yüksək göstəricidir.

Təxminən, 9 min kvadratmetr sahəni əhatə edən sərgidə Luvrun dekorativ sənət kolleksiyasından seçilmiş əsərlər və 1960-cı illərdən 2025-ci ilə qədərki dövrə aid müasir moda tarixinin ikonik nümunələri nümayiş olunub.

Qeyd edək ki, sərgi Luvrun daha geniş auditoriyaya çıxmaq strategiyasının bir hissəsi olaraq təşkil olunub. Muzeyin məqsədi fərqli mədəni istinadlara malik yeni nəsil ziyarətçiləri cəlb etməkdir.

OXŞAR XƏBƏRLƏR