Londonda Devid Linç festivalı keçiriləcək

27-28 sentyabr tarixlərində Londonda amerikalı rejissor David Linçin həyat və karyerasına həsr olunmuş iki günlük festival baş tutacaq.

Daha.az xəbər verir ki, “Whitechapel”dəki “Genesis” Kinoteatrında keçiriləcək tədbir ərzində rejissorun dünyagörüşünü əks etdirən filmlərin nümayişləri, sərgi, kospley və Sabrina Sazerlend, Maykl Hors, Kristabell kimi rejissorla çalışmış sənətçilərlə görüşlər təşkil ediləcək.

Qeyd edək ki, bu festival Linçin bütün karyerasını əhatə edən ilk tədbir olaraq xüsusi əhəmiyyət daşıyır.

OXŞAR XƏBƏRLƏR