“Google” şirkəti Antik Roma dövrünə aid latınca yazıları oxumaq üçün “Aeneas” adlı süni zəka proqramı yaradıb. Tarixçilərin köməyi ilə hazırlanmış “Aeneas” 16 milyon simvol, 200 mindən çox sözlə təlimatlandırılıb.
Daha.az xəbər verir ki, Troya qəhrəmanı Aeneasın adını daşıyan proqram tarixi kontekstləri də nəzərə alaraq mətnləri analiz edir. Sistem mətnlərin hansı dövrə və coğrafiyaya aid olduğunu müəyyən edə bilir və çatışmayan sözlər üçün təkliflər irəli sürür.
“Aeneas”in oxuduğu mətləri analiz edən 23 tarixçi proqramın təxminlərinin 90 faiz başa düşülən olduğunu qeyd edib.
Tədqiqatın nəticələri “Nature” jurnalında dərc olunub.




