3-6 noyabr tarixlərində Lənkəran şəhərində film nümayişlərini həyata keçirəcək.
Daha.az xəbər verir ki, dörd gün ərzində tamaşaçılar Mirsadıq Ağazadənin “Eviniz abad”, Qulu Əsgərovun “Mən burdayam, ilahi!”, İlqar Nəcəfin “Suğra və oğulları”, Elvin Adıgözəlin “Biləsuvar” tammetrajlı bədii filmləri, Orxan Ağazadənin “Kinomexanikin qayıdışı”, Pərviz Həsənovun “Başlıbel – mühasirə gündəliyi” tammetrajlı sənədli filmləri, Emin Əfəndiyevin “Tənha insanın monoloqu”, Qulu Əsgərovun “Hasar”, Teymur Qəmbərovun “Quxuroba”, Orxan Ağazadənin “Oturacaqlar”, Elvin Adıgözəlin “Rəna xanımın çəkilişi” bədii qısametrajlı filmlərini izləyə biləcəklər.
Layihə, cəmiyyətin estetik zövqünün inkişafına xidmət edir, kino sənətini yalnız əyləncə vasitəsi deyil, həm də maarifləndirici və mədəni dəyər daşıyan sahə kimi təqdim edir. Eyni zamanda, gənc nəsildə kino yaradıcılığına maraq oyadaraq, onların gələcəkdə Azərbaycan kino sənətinə töhfə verməsi üçün zəmin yaradır.
Xatırladaq ki, bundan öncə AKİ, Biləsuvarda, Aranda, Şimalda, Cənubda, Mingəçevirdə, Şirvanda, Muğanda kino nümayişlərini həyata keçirib.




