Kult film yenidən kinoteatrlarda

1985-ci ilin ən çox izlənən və unudulmazlar arasına girən “Gələcəyə qayıdış” (“Back to the future”) filmi 40 illik yubileyi münasibətilə yenidən tamaşaçılarla görüşəcək.

Daha.az xəbər verir ki, Robert Zemekisin rejissoru, Stiven Spilberqin isə prodüseri olduğu kult film ilk dəfədir ki, IMAX, Dolby Cinema və 4DX kimi böyük formatlı zallarda nümayiş olunacaq.

Qeyd edək ki, 31 oktyabrdan etibarən ABŞ kinoteatrlarında nümayiş olunacaq filmin digər ölkələrdə də yenidən yayımı gözlənir.

OXŞAR XƏBƏRLƏR