“Küldə şərqi deyənlər” filmi təqdim olunub

Azərbaycan Kinematoqrafçılar İttifaqında AKİ-nin İdarə Heyətinin üzvü, rejissor, jurnalist Kamran Qasımovun bu ilin yanvarında Cənubi Kaliforniyada baş vermiş dəhşətli meşə yanğınlarından bəhs edən “Küldə şərqi deyənlər” (“Singers in the ashers”) sənədli filminin təqdimat mərasimi keçirildi.

Daha.az xəbər verir ki, film “Real” telekanalının reportajları (müəllif Kamran Qasımov), “Fox” telekanalının materialları, eləcə də, Kamran Qasımovun şəxsi arxivi əsasında hazırlanıb.

Xronometrajı 28 dəqiqə olan ekran işində K.Qasımov Los-Anceles əyalətində baş vermiş meşə yanğınları və onun fəsadlarını çəkib.

Qeyd edək ki, Kamran Qasımov Los-Ancelesdə baş vermiş yanğınları işıqlandırmış yeganə azərbaycanlı jurnalist olub.

OXŞAR XƏBƏRLƏR