Gənc oxucu kütləsinin sevimli müəllifi Büşra Yılmazın son əsəri “Kosmos” iki cilddə nəşr olunub. Bu əsər Türkiyədə ilk dəfə təqdim olunan “sineroman” formatında yazılıb və romanın dərinliyi ilə filmin vizual gücünü birləşdirir.
Daha.az xəbər verir ki, kitab oxucuya “çəkilməmiş ssenari”nin rejissoru olmaq fürsəti verir. Hər səhifə bir kadr, hər paraqraf isə bir səhnəyə çevrilir. Kitab oxucunu passiv izləyici olmaqdan çıxarıb rejissor vəzifəsinə gətirir. O, kameranın istiqamətini, səhnə işığını və emosional atmosferi öz təxəyyülü ilə müəyyənləşdirir, həm yeni, həm də unikal bədii təcrübə yaradır.
Büşra Yılmaz “Kosmos” ilə yalnız yeni roman təqdim etmir, həm də ədəbiyyatdakı yeni janrın Türkiyədə tanınmasına vəsilə olur.