ABŞ-ın NASA agentliyi 2026-cı ilin əvvəlində Artemis II missiyası ilə kosmonavtları Ayın ətrafına göndərməyi planlaşdırır. Bu, 1972-ci ildən bəri Ay orbitinə ilk insanlı uçuş olacaq.
Daha.az xəbər verir ki, dörd nəfərlik heyət Ayın ətrafında dövrə vuracaq, lakin eniş etməyəcək. Ay səthinə enişin isə Artemis III missiyası ilə həyata keçirilməsi nəzərdə tutulur.
Proqramın məqsədi ABŞ-ın Ay səfərlərini bərpa etmək və gələcəkdə Ayda daimi baza quraraq Marsa uçuşlara zəmin yaratmaqdır.
Qeyd edək ki, ABŞ-la yanaşı, Çin də 2030-cu ilə qədər Aya səfər planlaşdırır ki, bu da yeni “kosmik yarış” kimi qiymətləndirilir.




