Frensis Ford Koppolanın İtaliyada xəstəxanaya yerləşdirildiyi ilə bağlı xəbərlərdən sonra amerikalı rejissorun pərəstişkarlarını rahatladan açıqlama verilib.
Daha.az xəbər verir ki, məşhur rejissor Frensis Ford Koppola çərşənbə axşamı İtaliyanın paytaxtı Romadakı dövlət xəstəxanalarından birinə yerləşdirilib.
“Xaç atası” və “Apokalipsis bu gün” kimi filmlərin rejissoru Koppola haqqında yayılan açıqlamada deyilirdi ki, o, təcili ürək əməliyyatına salınıb.
Məşhur kardioloq Andrea Natalinin sözlərinə görə, sənətçinin vəziyyəti indi yaxşıdır.
Qeyd edək ki, Koppola səhhəti ilə bağlı instaqram profilində məlumat verib: “Da Dada (uşaqlarım məni belə çağırır) yaxşıdır…”




