Konyada 4 min illik möhür tapılıb

Konyadakı Türkmən Qarahöyükdəki qazıntıda oyuncaqlar, möhürlər, zər, qələm və hamam vannası kimi çoxsaylı artefakt tapılıb.

Daha.az xəbər verir ki, Konyada aparılan qazıntı işlərində 4 min illik möhür, 2 min illik heyvan sümüyündən düzəldilmiş qələm ilə oyuncaqlar, ox ucları, ətir şüşələri, zər və vanna aşkarlanıb.

Dosent Mişele Rüzgar Massanın sözlərinə görə, qazıntıların aparıldığı ərazi antik şəhəri xatırladır:

“Bura eramızdan əvvəl 3000/50-ci illər arasında oturuşmuş arxeoloji ərazi kimi görünür. Roma dövründən əvvələ aid ən böyük antik şəhərlərdən biri ola bilər. Çox vacib tapıntılar əldə etmişik.”

OXŞAR XƏBƏRLƏR