Kobe Brayant haqqında film çəkilir

“Warner Bros.” şirkəti vertolyot qəzasında vəfat edən basketbolçu Kobe Brayantın həyatının önəmli dövrünü əhatə edən filmin ssenari hüquqlarını əldə edib.

Daha.az xəbər verir ki, Aleks Sohn və Qavin Yohannsen tərəfindən yazılan “With the 8th Pick” adlı ssenari Brayantın “Los Angeles Lakers” komandasına daxil olanadək keçdiyi yoldan bəhs edir.

Həmin dövrdə baş verən gərgin hadisələr menecer Con Neşin baxış bucağından təsvir olunacaq. Filmin rejissoru isə hələ bəlli deyil.

OXŞAR XƏBƏRLƏR