Azərbaycan Kinematoqrafçılar İttifaqının əməkdaşı, kinotənqidçi, Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının sədr müavini Aygün Aslanlı 20-26 sentyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən X Baiqonyr Film Festivalının “Debüt tammetrajlı bədii film” müsabiqə bölməsində münsif kimi iştirak edəcək.
Daha.az xəbər verir ki, Aygün Aslanlı festivalın nəzdində fəaliyyət göstərən IV MDB ölkələri Kinotənqidçiləri və Kinoşünasları Forumunda sənədli kinoda qadın mövzusuna həsr olunmuş “Həqiqəti deyən qadınlar, yaddaş olan filmlər” müzakirə panelində Azərbaycan sənədli kinosunda qadın müəlliflər və qadınlarla bağlı mövzuların necə işləndiyi barədə mühazirə ilə çıxış edəcək.
Bu il on yaşını qeyd edən Baiqonyr Film Festivalında ölkəmizi Aygün Aslanlı ilə yanaşı, “Ən yaxşı qısametrajlı film” bölməsində “Sanki yoxsan” filmi ilə rejissor Azər Quliyev və NETPAC münsiflər heyətində rejissor, AKİ-nin beynəlxalq layihələr üzrə meneceri Afaq Yusifli də təmsil edir.




