“Kinosəyyah” – kinoçuların işgüzar səfərləri

Azərbaycan Kinematoqrafçılar İttifaqı kinematoqrafçılarımızın beynəlxalq əlaqələrinin inkişafı məqsədilə “Kinosəyyah” proqramı çərçivəsində mütəmadi olaraq onların işgüzar səfərlərini dəstəkləyir.

Daha.az 2025-ci ilin ilk aylarından “Kinosəyyah” proqramının dəstək verdiyi kinematoqrafçıların siyahısını təqdim edir:

Kinooperator İman İmanov – Gürcüstan Respublikasının Batumi şəhərində keçirilən“QIZIL GÖZ” Beynəlxalq Operatorlar Festivalında iştirakı (21-24.09. 2025)

Rejissor, ssenarist Nurlan Həsənli – Avstriyanın Linz şəhərində keçiriləcək Linz Film Akademiyası festivalında “Yaşıl Çəmən” qısametrajlı bədii film layihəsinin təqdimatı (08-12.10.2025-ci il)

Prodüser  Emil Nəcəf – Çex Respublikasının Ji-hlava şəhərində keçiriləcək 29-cu Jihlava Beynəlxalq Film Festivalında “Yaddaş Sarayları” adlı qısametrajlı sənədli filminin təqdimatı (25-31.10.2025-ci il)

OXŞAR XƏBƏRLƏR