“Kinostudiya sakinləri” haqqında film çəkilir

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası Mədəniyyət Nazlirliyinin və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) dəstəyi ilə yeni sənədli filmin çəkilişlərinə start verib.

Daha.az xəbər verir ki, “Kinostudiya sakinləri” adlanan filmdə söhbət Azərbaycan kinosunun irsindən, kinoda izi olan, amma ekranda üzü görünməyən, onu tamaşaçıya tanıdan, sevdirən unudulmaz kino yaradıcılarından gedir.

Çəkilişlər “Azərbaycanfilm” kinostudiyasında gerçəkləşir. “Kinostudiya sakinləri” filmi hər kadrı ayrıca qurulmuş bədii səhnələrdən ibarət olacaq.

Filmin quruluşçu rejissoru Namiq Ağayev, ssenari müəllifi Mahir Dərvişdir. İcraçı prodüser Tofiq Musayev, təsvir rejissoru Rüfət Süleymanov, operator Ayaz Mikayılzadə, ikinci rejissor Gülüstan Əliyeva, quruluşçu rəssam Rövşən Mehdiyevdir. Rejissor Leyla Tofiqqızı, bəstəkar Ceyhun Əliyev, aranjıman isə Çingiz Qasımova məxsusdur.

Yeni ekran işinin təqdimatı 2025-ci ilin sonuna nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR