Azərbaycanın rəqəmsal kino platforması “Kinobox” rəsmi olaraq istifadəyə verilib.
Daha.az xəbər verir ki, Azərbaycan kinosunu vahid rəqəmsal məkanda birləşdirən Kinobox.az platforması Bakı Konqres Mərkəzində keçirilən təntənəli mərasimdə rəsmi olaraq istifadəyə verilib.
Kinobox Azərbaycanda istehsal olunan filmlərin, serialların və digər ekran işlərinin onlayn izlənməsi üçün qurulmuş, tam milli OTT (Over-The-Top) platformasıdır. Platforma həm klassik Azərbaycan kino irsini yeni nəsilə çatdırmağı, həm də müasir rejissor və yaradıcıların istehsallarını tamaşaçıya ən əlçatan şəkildə təqdim etməyi hədəfləyir.
Qeyd edək ki, rəqəmsal kino platformasının təsisçisi rejissor, prodüser Elvin Abdulladır.




