Kino günü ilə bağlı filmlərin nümayişi təşkil olunacaq

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə 2 Avqust – Azərbaycan Kinosu Günü münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində filmlərin nümayişinə hər birinizi dəvət edirik.

Daha.az xəbər verir ki, tamaşaçılara yerli rejissorların ekranlaşdırdığı aşağıdakı filmlər təqdim olunacaq:

• “İkinci planetin qırmızı rəngi” – rejissor Azər Quliyev

• “Hasar” – rejissor Qulu Əsgərov

• “Son payız” – rejissor Rüstəm Babazadə

• “İki gün” – rejissor Teymur Qəmbərov

• “Müharibənin Gözləri” – rejissor Elşən Zeynallı

• “Danışır və göstərir Şuşa” – rejissor Murad Muradov

 

Ünvan: Nizami Kino Mərkəzi

Tarix: 2 avqust 2025-ci il

Saat: 14:00

OXŞAR XƏBƏRLƏR