“Kriminal qiraət” və “Billi öldürmək” kimi filmlərin rejissoru Kventin Tarantino bu dəfə tamaşa quracaq.
Daha.az xəbər verir ki, rejissor ilk teatr tamaşasını Londonun “Vest edn” səhnəsində quracağını açıqlayıb. Hətta müəllif 2026-cı ildə İngiltərəyə köçməyi düşündüyü deyib.
“Kriminal qiraət”, “Ceki Braun”, “Billi öldürmək” və “Şərəfsiz əclaflar” kimi filmləriylə tanınan, 62 yaşındakı iki Oskarlı rejissor “Tarantinonun kilsəsi” podkastında pyesin həyatından, ən azı, iki il alacağını deyib.
Hələlik adı açıqlanmayan pyesin “tam yazıldığını, yüz faiz növbəti işi olacağını” vurğulayan rejissor yanvar ayında işə başlayacağını söyləyib.
Tarntino pyesin səhnəyə hazır hala gəlməsinin, təxminən, bir il çəkəcəyini və dünya premyerasının 2027-ci ildə olacağını qeyd edib.




