IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalı başa çatdı. 13–19 oktyabr tarixlərində baş tutan və “İlahilik (Divine)” mövzusuna həsr olunmuş bu ilki festivalda Azərbaycan Kinematoqrafçılar İttifaqı əsas tərəfdaş idi.
Daha.az qaliblərin siyahısını təqdim edir.
DOKUTAM müsabiqəsində:
Əsas Mükafat – iMystic
“Evin qapısını kim döyəcək?” rej: Maja Novakoviç; Serbiya
Münsiflərin xüsusi qeydi:
“Evim”- rej. Seyran Mahmudoğlu; Azərbaycan;
“Atanın laylası” – rej. Lesia Diak; Ukrayna;
“İkiqat çətinlik” – rej. Emilia Sniegoska; Polşa
“DOKUSHORTS” müsabiqəsində:
Əsas Mükafat – iMystic
“Üzüm mövsümü” –rej. Ebrahim Hesari; İran
Münsiflərin xüsusi qeydi:
“Ölməyə hazır” –rej. Basilio Maritano Sailer; Almaniya;
“Mətin” –rej. Sam Soleymani; İran;
DOKUMUSE müsabiqəsində:
Əsas Mükafat – iMystic
“Rəqsdən sonra” – rej. Sebastiao Varela; Portuqaliya;
Münsiflərin xüsusi qeydi:
“Maestro: İldırımlı yollarla”– rej. Hüseynağa Aslanov; Azərbaycan;
“Nəğmələr” –rej. Pablo Guarise; Belçika;
DOKUECHO müsabiqəsində:
Əsas Mükafat – iMystic
“Sürü gəzintisi” – rej.Ankit Pogula; Hindistan;
Münsiflərin xüsusi qeydi:
“Praşa-Kriti” – rej. Araz Quliyev; Azərbaycan
“Fırtınadan sonrakı süküt” –rej. Alina Rizvan; Pakistan
“Aşıl boz qara qəhvəyi” –rej. Yuyan Vang; Çin, Fransa, Koreya Respublikası;
DOKUKIDS müsabiqəsində:
Əsas Mükafat – iMystic
“Altıbucaqlı pətək və labirintdəki siçan” –rej. Bartek Dziadosz, Tilda Swinton; Böyük Britaniya;
Münsiflərin xüsusi qeydi:
“Rəqs edən qız” – rej. Pərvanə Quliyeva; Azərbaycan;
“Bali”-rej. Amoli Birevar; Hindistan;
“Bağçaya, La La La” –rej. Kajetan Lukasz Pochylski: Polşa
DOKUBOX müsabiqəsində:
Əsas Mükafat – iMystic
“Aşağı kölgələr”- rej. Ramin Xaliqi; İran;
Münsiflərin xüsusi qeydi:
“Heç yerə miqrasiya”-rej. Nikolay Flotskiy; Norveç
Qeyd edək ki, bu il DokuBaku-ya dünyanın müxtəlif ölkələrindən 200-dən çox film təqdim edilib. Onlardan 57 film, o cümlədən 5 yerli sənədli film, festival proqramına daxil edilib.




