Bir itin gözündən çəkilmiş “Good boy” (“Yaxşı oğlan”) adlı qorxu filmi geniş tamaşaçı kütləsi ilə görüşə hazırlaşır.
Daha.az xəbər verir ki, filmin rejissoru Ben Leonberqdir.
İlk olaraq SXSW Festivalında nümayiş olunan və tənqidçilər tərəfindən yüksək qiymətləndirilən 72 dəqiqəlik bu müstəqil film sahibi Şeyn Censeni evi işğal edən qorxunc varlıqlardan xəbərdar etməyə çalışan İndi adlı itin hekayəsini danışır. Filmdə baş rolu Ben Leonberqin öz iti İndi ifa edir.
Treyleri 18 avqustda yayımlanan film artıq sosial mediada viral olaraq 1 milyondan çox baxış toplayıb, Rotten Tomatoes tənqid saytında isə 95% bəyənmə qazanıb.
Məşhurlaşan “Good boy”un 3 oktyabrdan etibarən ABŞ kinoteatrlarında nümayiş olunması planlaşdırılır.




