“Filmstaden Sergel” kinoteatrında isveçli fotoqraf və rejissor Mikael Silkeberqin “Folklor cazının Qərbdən Şərqə uzanan tarixi” filminin nümayişi olub.
Daha.az xəbər verir ki, Azərbaycanın İsveçdəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizin mədəniyyəti və musiqisinə maraq göstərən İsveçdə akkreditə olunmuş diplomatik missiyaların əməkdaşları, Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Qeyd edək ki, tamaşaçılar tərəfindən hərarətlə qarşılanan filmin həm yüksək bədii səviyyəsi, həm də dərin mədəni mesajı yüksək qiymətləndirilib.




