Aralıq dənizinin ən məşhur sualtı abidələrindən biri “Dərinliyin Məsihi” (Christ of the abyss) heykəli təmizlənib.
Daha.az xəbər verir ki, 1954-cü ildə müharibə zamanı dənizdə həlak olanların xatirəsinə ucaldılan dua edən İsa heykəlinin hündürlüyü 2.5 metrdir.
Heykəl İkinci Dünya Müharibəsində həlak olan italyan əsgərlərinin medalları, top və gəmi hissələrinin ərintisi ilə hazırlanıb.
San Fruttuoso körfəzində yerləşən bu abidə Aralıq dənizində ən çox ziyarət edilən dalğıc nöqtələrindən biridir. Hər il keçirilən təmizlik işlərində heykəlin üzərindəki bakteriya və dəniz canlılarının qalıqları xüsusi su şırnaqları ilə təmizlənir. Builki təmizlik işinə polis, sahil mühafizəsi və digər aidiyyəti qurumlar cəlb olunub.