İqlim dəyişikliyi nəticəsində buzlaqlar sürətlə “yox olur”

İqlim dəyişikliyi Avropanın buzlaqlarını sürətlə əridir.

Daha.az xəbər verir ki, İtaliyanın şimalındakı Lombardiya bölgəsində yerləşən və ölkənin ən böyük buzlaqlarından biri sayılan Ventina buzlağında ərimə dəhşətli dərəcədə sürətlənib.

Uçqun təhlükəsi səbəbi ilə tədqiqatçılar əraziyə daxil ola bilmir. Baş verən dəyişikliklər dronlarla müşahidə edilir.

Ventina buzlağında ölçmə işləri ilk dəfə 1895-ci ildə başlanıb. O vaxtdan bu günə qədər  1,7 kilometr geri çəkilib. Son 10 ildə isə 431 metr əriyib ki, bunun da yarısı 2021-ci ildən bu yana baş verib.

Qedy edək ki, mütəxəssislərin xəbərdarlığına əsasən, əgər təcili tədbirlər görülməsə, Avropadakı buzlaqlar tamamilə əriyə bilər. Alimlərin hesablamalarına görə, ən gec 2100-cü ilə qədər Alp dağlarındakı bütün buz təbəqələri əriyəcək.

OXŞAR XƏBƏRLƏR