Bu il gündəlik ünsiyyəti formalaşdıran sosial mediadan təsirlənərək bir xeyli yeni arqo söz də daxil olmaqla, Kembric lüğət tərkibinə 6 mindən artıq söz əlavə edib.
Daha.az xəbər verir ki, yeni sözlərin böyük hissəsi ictimai dəyişikliklərlə yanaşı, internet və sosial media mədəniyyətinin dil üzərindəki təsirini əks etdirir.
Dünyanın ən böyük onlayn lüğətlərindən birinə əlavə edilən yeni terminlər arasında “skibidi”, “delulu” və “tradwife” kimi populyar sosial media arqosu da var.
Bu, internet mədəniyyətinin və xüsusilə, Tiktokun ingilis dilinə təsirinin ötəri dəb yox, qalıcı olduğunu təsdiq edir.
Kembric Lüğətinin idarəçilərindən olan Kolin Makintoşun sözlərinə görə, internet mədəniyyəti indilis dilini dəyişdirir, bu təsiri müşahidə etmək və lüğətdə ifadə etmək ecazkardır:
“Hər gün “skibidi” və “delulu” kimi sözləri Kembric lüğətinə daxil etmirik. Biz təkcə qalıcı olacağını düşündüyümüz sözləri seçirik. Artıq internet mədəniyyəti ingilis dilini dəyişdirir…”