Finlandiya və Almaniya alimləri insan dərisinə bənzəyən və özünü sürətlə bərpa edə bilən yeni hidrogel materialı hazırlayıblar.
Daha.az xəbər verir ki, yeni material sayəsində zədənin 80–90%-i cəmi 4 saat ərzində bərpa olunur, 24 saatdan az müddətdə isə tamamilə sağalır.
Bu materialın sirri onun quruluşundadır: minlərlə nazik gil nanosheet qatlarının içindəki polimer zəncirləri hidrogeli həm elastik, həm də möhkəm edir. Təxminən, insan dərisi kimi.
Gələcəkdə bu texnologiya xəstəxanalarda, təcili yardım hallarında, yanıqların və xroniki yaraların müalicəsində inqilabi dəyişikliklər yarada bilər.
Qeyd edək ki, hazırda bu kəşf laboratoriya mərhələsindədir.




