Tədqiqat qrupu Efiopiyada 2,6-2,8 milyon il əvvələ aid 13 diş aşkar edib. Diş fosilləri yeni – avstralopitek canlı növünə aid edilib.
Daha.az xəbər verir ki, Pliosendən Erkən Pleystosenə qədər yaşamış bu erkən hominin cinsi, insan nəsil ağacına yeni bir budaq əlavə edib.
Onun eyni dövrdə ən erkən Homo (ilk insan) nümunələri ilə birlikdə mövcud olduğu artıq sübuta yetirilib.
Qeyd edək ki, əvvəllər eyni yerdə dünyanın ən qədim Homo nümunələri və məlum olan ən qədim Oldovan daş alətləri tapılıb.