İlin sonuna qədər dörd tammetrajlı film təhvil veriləcək

İlin sonuna qədər dövlət dəstəyi ilə istehsal edilən, ən azı, dörd tammetrajlı film təhvil veriləcək.

Daha.az xəbər verir ki, bunu Kino Agentliyin Baş direktoru Rəşad Əzizov deyib.

Onun sözlərinə görə, bu il artıq dövlət dəstəyi ilə istehsal edilən dörd tammetrajlı film ictimayətə təqdim edilib:

“Kinoda canlanmanın ən bariz göstəricisi məhz istehsalatdır. 2023-2025-ci illər ərzində kino istehsalatına ümumilikdə dövlət büdcəsindən 18 millyon manata yaxın vəsait ayrılıb.”

OXŞAR XƏBƏRLƏR