Sentyabrın 20-də Xətai rayonu, Heydər Əliyev parkında yerləşən amfiteatrda II Kəlağayı Festivalı təşkil olunacaq.
Daha.az xəbər verir ki, festival çərçivəsində “Kəlağayı ev-muzeyi”nin əsrlərə söykənən 200 qədim kəlağayısı, dekorativ-tətbiqi sənət nümunələri, muzeyin digər zəngin eksponatları, həmçinin kəlağayı haqqında nəşr olunmuş kitablar nümayiş etdiriləcək. Bununla yanaşı, Şəki və Basqal ustalarının hazırladığı kəlağayıların nümayişi və satışı da təşkil olunacaq.
Qeyd edək ki, festival “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşəbbüsü və Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçiriləcək.




