İƏT Mədəniyyət Festivalı başladı

Heydər Əliyev Fondunun tərəfdaşlığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təşkilatçılığı ilə Bakıda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in açılış mərasimi keçirilir.

Daha.az xəbər verir ki, tədbirdə 50 ölkədən 300-dən artıq rəsmi nümayəndə, elm, mədəniyyət, həmçinin yaradıcı sənaye ekspertləri iştirak edir. Bu isə öz növbəsində İƏT ailəsinin birliyini və ortaq dəyərlər ətrafında həmrəyliyini nümayiş etdirir. Festival çərçivəsində təxminən 5 min ziyarətçinin iştirakı gözlənilir.

Festival çərçivəsində İƏT üzv dövlətləri mədəniyyət nazirlərinin yüksək səviyyəli görüşü, “Mədəni və yaradıcı sənayelər forumu” (MYFORUM), “Creative Village”: mədəni və yaradıcı sənayelər sərgisi” (MYEXPO), “Baku Cinema Breeze – 2025” beynəlxalq kino proqramı, “Şərq moda nümayişi” – İƏT ölkələrinin gənc və tanınmış dizaynerlərinin təqdimatları, oyun texnologiyaları üzrə beynəlxalq sammit (G-HUB), eləcə də teatr, musiqi, rəqs və animasiya sahələri ilə bağlı müxtəlif səpkili mədəni layihələr planlaşdırılır.

Qeyd edək ki, festival dekabrın 5-dən 11-dək davam edəcək.

OXŞAR XƏBƏRLƏR