“I Am Jazzman” caz düşərgəsi başa çatıb

Qubada sentyabrın 7-dən 12-dək növbəti “I Am Jazzman” caz düşərgəsi (“Jazz Camp”) keçirilib.

Daha.az xəbər verir ki, bu, məktəblilər və tələbələr də daxil olmaqla, caz musiqisi həvəskarlarını bir araya toplayan dördüncü düşərgədir. İlk üç düşərgə Qax, Qazax və Lənkəranda böyük uğurla keçirilib.

Qeyd edək ki, düşərgənin proqramına caz dərsləri ilə yanaşı, idman məşğələləri, seminar və ustad dərsləri, intellektual və idman oyunları daxil edilib. Konsertdə 16 kompozisiya səslənib.

OXŞAR XƏBƏRLƏR