Günəş sistemindən qədim olan “ulduz tozu”

Arizona Universitetinin tədqiqatları nəticəsində Bennu asteroidindən götürülən nümunələrdə Günəş sistemindən daha əvvəl yaranmış maddələr – başqa ulduzlardan gəlmiş milyardlarla il yaşı olan toz hissəcikləri, ulduzlararası məkanda yaranmış üzvi birləşmələr, Günəşə çox yaxın və uzaq bölgələrdən gələn qeyri-adi izotop tərkibli tozlar tapılıb.

Daha.az xəbər verir ki,  bu ulduz tozlarının yaşı 4 milyarddan çoxdur. Nümunələrdə həmçinin su və istilik təsiri ilə baş verən geokimyəvi dəyişikliklərin izləri də aşkarlanıb. Bu dəyişikliklərin buzun əriməsi və suyun minerallarla reaksiyası nəticəsində baş verdiyi ehtimal olunur.

Elm adamları hesab edirlər ki, bu tapıntılar yalnız Bennunun deyil, bütövlükdə Günəş sisteminin və insanlığın mənşəyini anlamaqda mühüm rol oynaya bilər.

OXŞAR XƏBƏRLƏR