Göbəklitəpədə insan heykəli tapılıb

Türkiyənin Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy Göbəklitəpə bölgəsində divara bərkidilmiş bir insan heykəlinin aşkar edildiyini açıqlayıb.

Daha.az xəbər verir ki, heykəl Göbəklitəpənin B və D strukturları arasındakı bir otağın divarında üfüqi vəziyyətdə bərkidilib.

Heykəlin bura qurban kimi qoyulduğu ehtimal olunur.
Mehmet Nuri Ersoy bu tapıntının Neolit dövrünün ayinləri və inancları haqqında yeni məlumatlar verə biləcəyini qeyd edib. O, oxşar nümunələrə Karahantəpədə də rast gəlindiyini, lakin Göbəklitəpədəki əsərin daha əhəmiyyətli olduğunu bildirib. Bu kəşf insanlıq tarixinə işıq salan çox dəyərli hadisə hesab olunur.

OXŞAR XƏBƏRLƏR