Ginnesin Rekordlar Kitabı 70 yaşında

Ginnesin Dünya Rekordları bu il 70-ci ildönümünü qeyd edir.

Daha.az xəbər verir ki, 1955-ci il avqustun 27-də ilk nəşri çıxan rekordlar kitabı bu münasibətlə qurumun sahib olduğu 70 rekorddan ibarət seçmə siyahını ictimaiyyətə təqdim edib.

Xatırladaq ki, Ginnesin Rekordlar Kitabının yaranması ideyası 1950-ci illərin əvvəllərində İrlandiyada keçirilən ov məclisi zamanı yaranıb. O zaman Ginnes pivə zavodunun rəhbəri Cənab Huq Beaver dostları ilə “Avropanın ən sürətli ov quşu hansıdır?” sualına cavab tapa bilmədikdən sonra belə bir kitab fikri ortaya çıxıb.

Kitab o vaxtdan bəri 155 milyondan çox nüsxədə satılıb.

 

OXŞAR XƏBƏRLƏR