“Son iki ildə kino sənayesi sahəsində ölkəmizdə 71 filmin istehsalına başlanılıb. Bunların 50-si artıq tamamlanıb və təhvil verilib. Onlardan 5-i tammetrajlı filmdir.”
Daha.az xəbər verir ki, bu sözləri mədəniyyət nazirinin müavini Fərid Cəfərov parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, çəkilən filmlərdən 15-i Vətən müharibəsinə, Qarabağa həsr edilib. Eyni zamanda, hazırda Vətən müharibəsi ilə bağlı 5 tammetrajlı filmin də çəkilişi davam edir.




