Flamand rəssamın tablosu Böyük Britaniyada

Böyük Britaniyada Paul Brilə aid olduğu təsdiqlənən əvvəllər qeydə alınmamış bir peyzaj tablosu aşkar edilib. Rəsmdə Aralıq dənizi sahilində liman, sahildə balıqçılar və tacirlər təsvir olunub.

Daha.az xəbər verir ki, mütəxəssislər əsərin “əsrinin ən təsirli mənzərə ustası” kimi qiymətləndirilən məşhur rəssama məxsus olduğunu təsdiqlədikdən sonra tablo “Woolley & Wallis” hərrac evinə göndərilib.

Bu əsər Brilin mövcud sənət kataloquna daxil olmayan nadir işlərdən biridir. Tablo, təxminən, 17/22 min avro dəyərində qiymətləndirilib və 3 sentyabr 2025-ci il tarixində “Old Masters, British & European Paintings” (Qədim ustadlar, Britaniya və Avropa Rəsm Əsərləri) sərgisində təqdim olunacaq.

Bu tablo Brilin yaradıcılığında kritik keçid dövrünü işıqlandırır. İlk dəfə nümayiş olunacaq bu əsərin hərracda ciddi maraq doğurması gözlənilir. Bu kəşf sənət dünyasında nadir və önəmli hadisədir.

DAHA

DAHA

OXŞAR XƏBƏRLƏR