Film şirkəti süni intellekt platformasını məhkəməyə verdi

Warner Bros. Discovery məşhur süni intellekt vasitəsi Midjourneyə qarşı müəllif hüquqlarının pozulması səbəbilə məhkəmə iddiası qaldırıb.

Daha.az xəbər verir ki, Midjourney istifadəçilərin sorğuları əsasında Warner Bros.-a məxsus Batman, Superman, Wonder Woman, Scooby Doo və Looney Tunes kimi obrazların görüntülərini yaradır ki, bu da icazəsiz istifadə və kommersiya məqsədli satış anlamına gəlir.

Midjourneyin aylıq ödənişlə gəlir əldə etməsi və bu gəlirin müəllif hüquqları pozulan kontentlə əlaqəli olması da əsas arqumentlərdən biridir.

Əlavə olaraq, süni intellektin yaratdığı şəkillərlə Warner Bros. filmlərindəki səhnələr bir-birinə çox bənzədiyi üçün bu da təqdim edilən sənədlərdə pozuntu sübutu kimi göstərilib.

Qeyd edək ki, bu, Midjourneyin müəlliflik hüququ ilə bağlı ilk məhkəmə prosesi deyil, daha əvvəl Disney və Universal Studios da oxşar səbəblərlə şirkətə qarşı hüquqi addımlar atmışdı.

Ekspertlər bildirir ki, bu kimi hallar süni intellekt texnologiyalarının hüquqi çərçivələrlə necə tənzimlənəcəyi məsələsini yenidən gündəmə gətirir.

OXŞAR XƏBƏRLƏR