Qiymətləndirmə prosesi Kinematoqrafiya, audiovizual və rəqəmsal əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert Şurası və Seçim Komissiyası tərəfindən aparılıb və nəticədə animasiya, tələbə, qısametrajlı bədii, bədii-sənədli, sənədli və tammetrajlı bədii filmlər olmaqla müxtəlif janrları əhatə edən ümumilikdə 17 layihə dövlət dəstəyinə layiq görülüb.
Daha.az qaliblərin siyahısını təqdim edir:
Animasiya filmləri:
• “Kölgəsiz adamlar” – HochazFilm Creative Studio MMC
• “Eyni yağışın altında” – PERİ Film MMC
• “Qayıtmışam” – 3DOST Production MMC
Tələbə filmləri:
• “Oyun” – PERİ Film MMC
• “Hipotez” – 3DOST Production MMC
Qısametrajlı bədii filmlər:
• “İşıq” – KİNOBİZ MMC
• “Ağacdələn” – KARVAN Production MMC
• “Divarın o üzü” – AND Production MMC
• “Zamanın səssizliyi” – NAVIS MMC
Bədii-sənədli filmlər:
• “Ağrının ovcundakı şəhər – İrəvan” – BUTA Film MMC
• “Qarabağ – Qafqaz Albaniyası abidələri” – RAKURS Film-Media MMC
• “Qönçəbəyim” – OKSİMEDİA MMC
• “Köçəri” – RENTAL Azərbaycan MMC
Sənədli filmlər:
• “Yaddaşın kölgələri” – İNVİCO MMC
• “Sərt gözəllik” – OD Media-Production MMC
Tammetrajlı bədii filmlər:
• “Cazda birinci” – İctimai Televiziya və Radio Yayımları Şirkəti
• “Sonuncu güllə” – M Cinema MMC
Qalib layihələrin reallaşdırılması mərhələli şəkildə həyata keçiriləcək. Müsabiqənin təsdiqlənmiş reqlamentinə əsasən, apelyasiya üçün növbəti beş iş günü ərzində şirkətlər ARKA-nın rəsmi elektron ünvanına (arka@culture.gov.az) müraciət edə bilər.




